Modern.az

Bədənlərinin ən ağlagəlməz yerlərini sığortaladan məşhurlar

Bədənlərinin ən ağlagəlməz yerlərini sığortaladan məşhurlar

İqtisadiyyat

13 Mart 2013, 14:03

Son vaxtlar dünya şöhrətli müğənnilər, rəqqaslar, futbolçular arasında bədənlərinin müxtəlif yerlərini sığortalamaq xüsusi dəb halını alıb. Bir-birinin bəhsinə düşən məşhurlar hətta insan ağlına gəlməyən sığortalamalar da edirlər.

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, dünya şöhrətli amerikalı aktrisa Cennifer Love Hevvit sinəsini 5 milyon dollara sığortalayıb. Ancaq Hevvit bədəninin sığortaladan birinci məşhur deyil.
Tanınmışlar arasında bədəninin müxtəlif yerlərini, ayaqlarını, hətta spermasını da sığortaladanlar var.

Əfsanəvi müğənni Tom Cons sinəsinin tüklərini 7 milyon, amerikalı rokçu David Lii Roz isə spermasını 1 milyon dollara sığortalatdırıb.

Müğənni Rod Stivart səsini 6 milyon dollar məbləğində dəyərləndirib.   Ayaqlarını sığortalatdıran məşhurlar isə daha çoxdur. Müğənni Maray Cerri ayaqlarını 1 milyon, rəqqas Mişel Flatli 40 milyon, Model Heidi Klum 2,2 milyon, futbolçu Devid Bekhem isə 70 milyon dollara sığortalayıb.

Roullinq Stouns-un gitaraçısı Ket Ricards əllərini 1,6 milyona sığortaladıb. Bədən üzvlərini ilk sığortaladanlardan biri olan Ceniifer Lopes isə ombalarını 27 milyon dollara sığortaladıb.   

Hazırladı: Gültəkin ƏLƏSGƏR       
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?