Modern.az

BAXCP seçkilərə qatılacaq namizədlərini müəyyənləşdirir

BAXCP seçkilərə qatılacaq namizədlərini müəyyənləşdirir

9 Mart 2010, 16:40

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclasında qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. İdarə Heyətinin üzvləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin ötən toplantısında ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsinin qəbul edilməsinə etirazını, eləcə də partiya sədrinin öz səlahiyyətlərindən istifadə edərək verdiyi bəyanatı birmənalı olaraq dəstəklədiklərini bildiriblər. İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı olub. Məsələ ilə bağlı İdarə Heyəti üzvlərini məlumatlandıran BAXCP-nin baş katibi Söhrab Abdullayev namizədlərin müəyyənləşdirilməsilə bağlı prosesin başa çatmaq üzrə olduğunu bildirib. BAXCP İdarə Heyəti namizədlərin müəyyənləşdirilməsilə bağlı prosesin martın sonunadək başa çatdırılması ilə bağlı qərar qəbul edib və partiyanın icra strukturlarına bu barədə göstəriş verilib.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir