Modern.az

Səfir Namik Tan Vaşinqtona dönməyəcək

Səfir Namik Tan Vaşinqtona dönməyəcək

9 Mart 2010, 18:37

Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan Amerikaya qayıtmayacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə,  Ankara Vaşinqtondan qondarma “erməni genosidi” qətnaməsinin taleyinə dair aydın bir siqnal almayınca səfirini Birləşmiş Ştatlara göndərməyəcək. “Durumu çox ciddi qiymətləndirəcəyik  və qiymətləndirmək zorundayıq. O nəticələri də almayınca səfiri göndərməyəcəyik”,- deyə Ərdoğan bildirib. Ərdoğan bir daha bəyan edib ki,  komediyaya bənzər səsvermə doğrudan da Türkiyəni üzüb.  “ABŞ-ın bəsit siyasi hesablar naminə Türkiyə kimi bir strateji  müttəfiqini fəda etməsinə mən inanmıram”,-deyə Ərdoğan bildirib.           

Xatırladaq ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi martın 4-də qondarma  erməni genosdinə dair qətnaməni səsə qoyaraq bir faiz səs fərqi ilə qəbul edib. Buna cavab olaraq  Ankara Vaşinqtondakı səfiri  Namik Tanı məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Namik Tan ailəsi ilə birlikdə vətənə dönüb və hazırda o, Türkiyə hökumətinin müvafiq  təlimatını  gözləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi