Modern.az

Bakcell-dən pulsuz smartfonlar

Bakcell-dən pulsuz smartfonlar

13 Mart 2013, 16:56



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ən mükəmməl 3G mobil internet xidmətlərini göstərən Bakcell, böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir.  Sony Xperia smartfonlarının artan populyarlığını nəzərə alan Bakcell öz abunəçiləri üçün unikal bir kampaniya hazırlayıb. 14 mart 2013-cü il tarixindən etibarən aşağıda göstərilən Sony Xperia smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi telefona verdiyi pulu 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaqdır.

·         Sony Xperia V
·         Sony Xperia Z
·         Sony Xperia J
·         Sony Xperia Tipo

Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilər bilər. Bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar. Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi təklif olunan smartlfon modellərindən birini seçib balansa 900 manata qədər bonus almaq imkanını əldə edəcəkdir. Kampaniyada iştirak edən telefonlardan birini Bakcell-in aşağıda göstərilən diler mağazalarından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər:

·         Computex Mağazası
·         Soliton Şəbəkəsi
·         Baku Electronics
·         Sharks Mobile
·         DNS Computers
·         Teecom/Nano  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir