Modern.az

"Twitter"də problem yarandı

Aktual

14 İyul 2022, 16:26

"Twitter"in istifadəsində problem yaranıb.

 

Modern.az xəbər verir ki, azərbaycanlı istifadəçilər "Twitter"ə daxil olmaqda çətinlik çəkir. Hətta 15 dəqiqə müddətində ümumiyyətlə sosial şəbəkəyə daxil olmaq mümkünsüzləşib.

 

Xarici mətbuatın yazdığına görə, sosial şəbəkənin işi ilə bağlı ABŞ, Braziliya, İtaliya, Böyük Britaniya və digər ölkələrdən də şikayətlər daxil olub.

 

Ümumilikdə, qeydə alınan 54 mindən çox şikayətdən 60 faizi mobil tətbiqin işləməməsi, 32 faizi veb-versiyaya qoşula bilməmək, 8 faizi isə serverə bağlana bilməməklə bağlı olub.

 

Hələlik "Twitter" tərəfindən rəsmi açıqlama verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat