Modern.az

Deputat əlilləri unutmadı - FOTOLAR

Deputat əlilləri unutmadı - FOTOLAR

13 Mart 2013, 17:20

Novruz Bayramı ərəfəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əhalinin ayrı-ayrı sosial stratları ilə görüşlər keçirir. Belə görüşlərdən biri hərəkət imkanları məhdud olan bir qrup əlil və QHT-lərin rəhbərləri keçirilib. Görüşdə Əhalinin Sosial Müdafiəsi nazirliyinin əlillərin sosial müdafiəsi idarəsinin rəisi Vüqar Həsənov da iştirak edib. Çıxış edən əlillərdən Bayramova Sülhanə, Səfərəliyeva Sevda, Məmmədvəliyev Mirzə, Əmişov Rəvan, Balaşov Fərid, Əsgərov Telman, Həsənov Azər və başqaları ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı aparılan ardıcıl işlərdən danışmış, ölkə rəhbərliyinin daim qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.

Bununla yanaşı bu qrupdan olan insanların, onların ailələrinin fərdi sosial və maddi durumları, fiziki vəziyyətlərinin kəskin və ya qeyri-kəskin olması qeyd edilibdir. Söhbət daha çox belə vəziyyətdə olan insanların cəmiyyətə inteqrasiyası ilə bağlı bəzi çatışmazlıqlara yönəlibdir.

Qeyd olunub dur ki, şəhərdə əlil arabasında hərəkət etmək üçün nəqliyyatda, avtobuslarda müvafiq texniki vasitələr yoxdur. Bir sıra park və xiyabanlarda əlil arabasında gəzmək imkan xaricindədir.

Diqqət I qrup əlillərin müavinətlərinin ölkədə mövcud olan yaşayış minimumuna yaxınlaşdırılmasına, bu ödənclərin indeksasiyasına da yönəldi. I qrup əlilləri müşayət edən, onlara evdə qayğı göstərən valideynlərinin və yaxın adamlarının sosial xidmət haqqının ödənilməsi və onların əməyinin sığortaya cəlb olunması və iş stajına cəlb olunması məsələsi ayrıca vurğulanıbdır. Fiziki imkanları məhdud olan bu şəxslər onlar üçün ildə alınan 600-dan çox əlil arabasının daha keyfiyyətli, daha modern, daha çox funksiyalı olmasını istədilər.

Bununla bağlı söhbətin sonunda qeyd olundu ki, bu qrup insanlar onların qaldırdığı məsələlərə ardıcıl baxılmasını, lazımı tədbirlərin görülməsini arzulayıblar.

I qrup əlillər içərisindən Səfərəliyeva Sevda Yusif qızı Milli Məclisin Sosial siyasət komitəsinə ştatdankənar ekspert kimi cəlb olunub. Bundan sonra qanun yaradıcılığı prosesində əlillərin daha geniş iştirakının təmin olunması vurğulanıb.

Qaldırılan məsələlərin həlli üçün Əhalinin Sosial Müdafiəsi nazirliyinə və Milli Məclisin Sosial qanunvericilik şöbəsinə təkliflər yazılı şəkildə çatdırılıb.

Sonda əlillər ölkə başçısı İlham Əliyevi yenidən prezident görmək istədiklərini vurğulayaraq, seçkilərdə ancaq ona səs verəcəklərini bildiriblər

Görülən işlərlə bağlı bir aydan sonra yenidən görüşmək qərara alınıb.

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi