Modern.az

Azercell-dən yeni kampaniya

Azercell-dən yeni kampaniya

13 Mart 2013, 18:21

Facebook fanları yeni kampaniyadan hədiyyələr qazanacaq

Novruz bayramındaAzercell Telekom MMC” nə abunəçilərini, nə də virtual fanlarını hədiyyəsiz qoymayacaq. Bu gündən etibarən şirkətin rəsmi Facebook səhifəsinin www.facebook.com/azercell üzvləri üçün yeni “Novruz Sevinci” adlı kampaniyaya start verilir.

6 günlük kampaniya müddətində hər bir Facebook istifadəçisi Azercell-in səhifəsindəki oyuna qatılmaqla müxtəlif məbləğli danışıq kartları əldə edə bilər. Bunun üçün “Novruz Sevinci” tətbiqetməsinə qoşulmaq lazımdır. Facebook istifadəçıləri oyun zamanı Novruz bayramının simvolları olan virtual hədiyyələrı toplayır və buna uyğun xallar qazanır. Hər günün sonunda ən çox xal toplamış 3 şəxs müvafiq olaraq 50, 30 və 20 AZN-lik SimSim danışıq kartları əldə edir.

Qeyd edək ki, “Novruz Sevinci” tətbiqetməsi Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə fəaliyyətə başlamış “Codega” şirkəti tərəfindən hazırlanıb. Oyunun qaydaları çox sadə olduğundan,  hər bir FB istifadəçisi “Novruz sevinci”nə qatılıb hədiyyə qazana bilər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir