Modern.az

Ədalət axtaranların son ünvanı...

Ədalət axtaranların son ünvanı...

14 Mart 2013, 09:41

Antik yunan filosofu Platon yazırdı ki, ədalət, müdriklik və qanunun bir yerdə olacağı zaman bəşəriyyət xoşbəxtliyə qovuşacaq. Dünya dahisinin bu kəlamını xatırlamaqda məqsədimizi sözü uzatmadan açıqlayaq.

Artıq neçənci dəfədir ki, Prezident İlham Əliyev mühüm müşavirələrdə dövlət idarəçiliyində təmsil olunan məmurların ünvanına sərt tənqid söyləyir. Son toplantıda da o, bir sıra yüksək vəzifəli şəxslərin özbaşınalığını və onların ailə üzvlərinə də harınlığa yoluxduğunu vurğuladı.

Söz yox ki, bu açıqlamalar cəmiyyətdə birmənalı olaraq sərt xəbərdarlıq kimi qəbul edildi. Bu həm də vətəndaş nəzarəti qurumlarının artıq çoxdan hərəkətə keçməsinin zəruriliyinə işarə edir. Təbii ki, burada ölkənin qeyri-hökumət sektorunun üzərinə böyük yük düşür.

QHT sektorunu təmsil edən Heydər Əliyev Fondu artıq nə vaxtdır ki, elm, təhsil, sosial, mədəniyyət və s. kimi sahələrdə fəaliyyət göstərməklə yanaşı, vətəndaş şikayətlərinin araşdırılması istiqamətində də müəyyən işlər görür.

Zəngin mənəviyyata dair şəxsi maraqlarla çərçivələnməyən konkret həyat amalına malik insanlar bütün dövrlərdə xalqın problemlərinə əsl ziyalı yanğısı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, fürsət düşdükcə xalqının nicatına, təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin sahibinə çevrilirlər. Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirmiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və mədəni mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiqyaslı işlər görür.

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğ olunması yönündə həyata keçirdiyi qlobal layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Heydər Əliyev Fondu həyata keçirdiyi qlobal layihələrlə həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış edir. Fond ölkənin hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfəsini verməyə çalışır. Mümkün səviyyədə vətəndaşların problemlərinin həllinə səy göstərir, imkanlarını bu yöndə səfərbər edir. Bəzən hətta müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar da sonda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya rəsmi müraciət etməklə nicat tapırlar. Onun rəhbərlik etdiyi fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, problemlərinin həllinə səy göstərilir. Bu, həm də Heydər Əliyev Fondunun vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak edən nüfuzlu və sanballı ictimai təsisat olduğunun göstəricisidir.

Fondun fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev də bildirib ki, Heydər Əliyev Fondu öz fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olub, onlara yardım əlini uzadıb. Fondun artıq ölkə həyatında önəmli amilə çevrildiyini qeyd edən Prezident İlham Əliyev deyib:
“Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim”.

Ölkə başçısı 2010-cu ildə xarici KİV-lərə verdiyi müsahibələrinin birində isə Heydər Əliyev Fondunun fəaliyyəti barədə qısaca belə demişdi:

“Azərbaycanda qadına həmişə ailədə də cəmiyyətdə də böyük hörmət olub. Mən şadam ki, Mehriban xanım Azərbaycanın mühüm işlərində fəal rol oynayır. Birinci xanım statusu ərə görədir. Amma qalan fəaliyyət həmin statusda olan insanın özünün arzusuna, istəyinə bağlı şeydir. Mən Şadam ki, Mehribanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çətin vəziyyətdə olan Azərbaycan vətəndaşlarının vəziyyətinin yaxşılaşdırılması üçün çox işlər görür. Dövlət orqanlarından şikayətlərinə cavab ala bilməyən insanların son ümid yeri, ünvanı Heydər Əliyev Fondudur. Onlar Fonda ümidlə üz tuturlar ki, burada onları eşidəcəklər. Belə də olur”.

Qısa müddətdə bir çox insanların ümid yerinə çevrilmiş Fondun prezidenti, 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri kimi yüksək titula layiq görülmüş Mehriban Əliyevanın özünün də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var – insanlara təmənnasız yaxşılıq etmək. Azərbaycan insanı Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər vacib olduğunu dərk edir, özünün yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışır.
Xeyirxahlıq, mərhəmət, ədalət kimi ülvi və saf dəyərlər fondun fəaliyyətində parlaq xətt təşkil edir. Fondun prezidentinin söylədiyi kimi, başqalarına yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanıb:
“...Ömur boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çatdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”.

Xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü çətin, fəqət xoşməramlı missiyanı sonadəl layiqincə davam edəcəyinə şübhə yoxdur. Bu fəaliyyəti ilə o, həm də həyatının mənasını insanlara köməkdə, xeyirxah və nəcib əməllərdə axtarana örnək olur.

Pərvin Arzuqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir