Arxiv
14 mart 2013, 11:09 | ƏDƏBİYYAT
Elçin Hüseynbəyli: “Əsəd Cahangirin hər bir sözü...”

Modern.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində II Gənc Ədiblər Məktəbinin tələbələri ilə tənqidçi Əsəd Cahangirin görüşü keçirilib. Tədbirin aparıcısı, “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli olub.

“Təbii ki, ədəbiyyata marağı olan siz gənclərin arasından elələri çıxacaq ki, onlar öz imzalarını sözləri ilə təsdiq edəcəklər. Ancaq ola bilsin ki, içinizdən də elə yazarlar yetişsin ki, dövlətimizdə, iqtisadi qurumlarda, siyasi partiyalarda hər hansı bir mövqe qazansınlar. Gənc Ədiblər Məktəbinin sizə qazancı o olacaq ki, ədəbiyyata sevgisi olan insanlar hansı vəzifəni tutmalarından asılı olmayaraq daha humanist olacaqlar, ədəbiyyata və mədəniyyətə daha çox diqqət göstərəcəklər. Dinindən, dilindən, irqindən və milliyətindən asılı olmayaraq hər kəs Gənc Ədiblər Məktəbinin toplantısında iştirak edə bilər. Şübhəsiz ki, Əsəd Cahangirin haqqınızda dediyi hər bir söz gələcək yaradıcılığınızda həm istiqamətverici rol oynaya bilər, həm də sizin özünüzü dəyərləndirmənizə yenidən baxmanıza imkan yaradar. Əsəd Cahangir bu gün buraya toplaşan gənclərin ona təqdim olunmuş yaradıcılığına aid qısa icmal şəklində çıxış edəcək”, – deyə E. Hüseynbəyli qeyd edib.

Bundan sonra Əsəd Cahangir fikirlərini bölüşüb: “Təqdim olunmuş əsərlər içərisində poeziya həmişə olduğu kimi üstünlük təşkil edir, şeirə maraq daha çoxdur. Sizin nəsil üçün bunu məntiqi sayıram. Çünki poeziya gənclik, nəsr yaşlılıq, fəlsəfə artıq ahıllıq, qocalıq deməkdir. Bu sahələr və janrlar  insan düşüncəsinə uyğundur. Məsələn, Puşkin deyirdi ki, 26 yaşına qədər hamı şeir yaza bilər. Amma o kəslər ki, içlərində öz uşaqlıqlarını qoruyub saxlaya bilirlər, onlar ömürlərinin axırınacan şeir yaza bilərlər. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Ömrü boyu uşaq kimi  qalmaq mənfi rakursdan yanaşdıqda, əlbəttə, yaxşı deyil. İkinci bir tərəfdən, ömrünün axırına kimi uşaq saflığını qoruyub saxlamağın nəyi pisdir? Ümumiyyətlə, mənə elə gəlir ki, yaradıcı adamların içərisində müdrik bir uşaq var. Məşhur bir türk mahnısında deyilir: "İçindəki çocuq sənə həyatı anladır". Yəni bütün yaradıcı adamlar da içindəki uşaqla ixtilata, söhbətə girən adamlardır. Mən sizin şeirlərinizi oxuyanda sevindim, onlarda yeni nəfəs, orijinal fikir gördüm. Düzdür, aralarında şeirə dəxli olmayan, vəznlənmiş, qafiyələnmiş nəzm parçalarını da gördüm. Amma burada eyni zamanda orijinal obrazlar, ifadələrə də rast gəldim”.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00 Gürcü və rus deputatlar arasında QALMAQAL - Erməni deputatlar aradan çıxdı 20 İyun 2019, 15:58 Özəl sektorda çalışanların da maaşı qaldırılacaq - Əli Əhmədov  20 İyun 2019, 15:56 827 güzəştli mənzil satışa çıxarılacaq 20 İyun 2019, 15:41