Modern.az

Nissan 2013 Cenevre Motor Show-da - FOTOLAR

Nissan 2013 Cenevre Motor Show-da - FOTOLAR

14 Mart 2013, 11:46


Cenevrə Motor Show Nissan tarixində  yeni bir həyacanlandırıcı  fəsilin başlanğıcıdır. Müasir texnologiyalarla ayaqlaşmaq üçün inamla irəliləyən Nissan bugün öz sektorunda standartları yeniləyəcək innovativ Avropa dizaynının,  texnika və model yaradılmasının yeni nəslini nümayiş etdirir.

    Krossoverlərin gələcək dizaynı Nissanın bu sektorda “qanunları yenidən  yazmaq üçün” hazır göründüyü tam ayrı bir sahədir. Qashqai, Murano və Juke modelləri ilə krossover seqmentini yaradan Nissan krossoverlərin gələcək nəslində özünü göstərəcək cəsur addımlar atır. VİP kosmik səyahət mövzusundan ilhamlanaraq Rezonans konsepsiya parlaq və cəsur adı altında  yeni ideyalar və qabaqcıl karbon texnologiyaları təqdim edir. Avropa bazarında Nissanın bazara yeni texnologiya çıxartmaq istəyini mükəmməl şəkildə təcəssüm etdirən  2 model rəhbərlik edir. Yeni Note tamamilə yenilənərək modern dizaynı, aşağı CO-2 emissiyası və seqmentində birinci olan innovativ texnologiyanın kombinasiyası ilə B seqmentinə aid edilir.

  Cenevrədə debütün etmiş yeni Note tək Avropa bazarı üçün nəzərdə tutulmuş yeganə model deyil. Yeni LEAF – indi tamamilə  texniki və mühəndislik baxımdan artım ilə Nissan-ın Avropa məhsul xəttinə inteqrasiya etmişdir. Novator olmağın uğuru ilə yeni LEAF 50000 istehsalatla real olaraq dünya avtonomluq silsiləsini inkişaf etdirir,  öz alıcılarına bir çox seçim vermək imkanına və dünyanın ən yaxşı satılan elektrik avtomobili  ilə həyatı daha asan etmək üçün çoxsayda detallarda inkişafına nail olub. Avropa Note və LEAF modellərinin debütu Avropada Nissan-ın güclü və daimi inkişaf edən iştirakını təsdiq edir. Nissan həmçinin Cenevrədə Nismo yol avtomobili silsiləsinin rəsmi Avropa buraxılışı ilə öz zəngin motorsport irsini də qeyd etdi. Parlaq Juke Nismo və 370Z Nismo Nissanın məhsul sırasına yeni ölçü əlavə edərək, alıcılara əlverişli performs, premium dizayn və yolda hiss olunan əlavə texnologiya  vəd edir.

      Yeni Nissan Note

  İnnovativ dizayn, seqmentində ilk texnologiya və əlavə mühərrik silsiləsi ilə yeni Note B seqmentini silkələməyi bacardı. Avropada hazırlanmış və Avropa yollarına uyğun işlənmiş Note cəsur görünüşü, premium sinif texnologiyası və üstün praktikliyi ilə avtomobil salonlarına innovativ avtomobil konseptinə məxsus xüsusiyyətləri  daşımışdır.

  Note həmçinin Nissan-ın innovativ ətrafı görmə monitoru və Nissan Safety Shield sistemi kimi B seqmenti texnologiyalar üçün standart olan əlavə xüsusiyyətlərlə təchiz olunub.

  Note öz Avropa debütunu Cenevrə Motor Show –da Avropa  ərazisində payızda olacaq  buraxılışından öncə etdi.

      Yeni LEAF

 
  Ətraf mühitə sıfır zərərli tullantı texnologiyasını yeni nəslə daşıyan Avropada hazırlanmış yeni Nissan LEAF öz dünya debütunu Cenevrədə etdi. İnkişaf etmiş və sırf Avropa bazarı üçün nəzərdə tutulmuş yeni Nissan LEAF  Nissan tarixində yeni həyəcanverici fəslin başlanğıcının göstəricisidir. Yeni LEAF tamamilə Nissan Avropa istehsalat sırasına inteqrasiya olunub, Nissan Sunderland zavodunda hazırlanıb, real olaraq dünya avtomobil silsiləsini inkişaf etdirən yeni texnologiyaya və həyatı daha da asanlaşdırmaq üçün təkminləşdirilmiş detallara malikdir.

   İnteqrasiyanın bir hissəsi kimi yeni LEAF silsiləsi alıcılarına avadanlıqlarda, rəngdə və qiymətdə seçim etmək imkanlarını önəmli dərəcədə genişlədib.

   Rezonans Konsept

  Nissanın gələcək krossover dizaynı  üçün cəsur istəyi innovativ Rezonans konseptinin Avropa debütu ilə həyata keçdi. Nissan Amerika Dizaynı tərəfindən yaradılmış Rezonans, krossover dizaynında bütün sərhədləri aradan qaldırır, sürücüyə avtomobilinin imkanlarından maksimum istifadə etmək imkanı yaradaraq, yeni ideyalar və yeni texnologiyalar nümayiş etdirir. İnteryer xüsusiyyətləri VİP boş sahə konseptindən ilhamlanan Rezonans ultra effeklikliliklə aşağı tullantını özündə cəmləyən hibrit elektrik transmissiyadan güc alır.

   Juke Nismo


   Nissan Juke Nismo həm innovasiya ruhu, həm də sürüş həyəcanı yaradır ki, bu da Nismo-nu həm motorsportda, həm də qızğın oyunlarda ən məşhür adlardan biri edir. Nismo-nun Avropaya təqdimatı ilə Juke Nismo krossover bazarına Nissanın daima inkişaf edən seeqmentində reputasiyasını gücləndirərərək əlverişli və əldə edilən performans gətirdi. Seçilən güclü dizaynı və zəngin irsi detallara sahib Juke Nismo iti performans və əlverişli sürüşü birləşdirən 1.6 litrlik 200 PS DİG-T turbo mühərrikindən güc alır.

   370Z Nismo

   Juke Nismo modelinə nəzər salsaq , görərik ki, yeni 370Z Nismo Nissanın Avropa alıcıları üçün geniş və çoxtərəfli Nismo yol avtomobili silsiləsini  təqdimat öhdəliyini təsdiq edir. Cenevrə Motor Show-da ictimaiyyətə ilk dəfə təqdim olunan həyacanandırıcı yeni 370Z Nismo daha çox güc və fırlanmanı təmin edən məshur 6 silindirli mühərrikin modifikasiya olunmuş versiyası ilə təchiz olunub. Şassi həmçinin daha çox üçqat sürət əldə etmək üçün yenidən işlənib.Yeni istifadə olunan sistem sürətli 370Z modelinin bu gün üçün göründüyü qədər də həyacanlı səsləndiyini təsdiq etir.

     312 GT-R

     Dinamik performansı ilə yüksək sürət stabilliyinin inkişafı və həyacanlandırıcı idarəsi ilə 2013-cü il modeli GT-R avtomobildə yüksək performans üçün yeni standartları müəyyən etdi. Nissan-ın uğurlu yüksəlmə proqramından  irəli gələrək sonraki GT-R yanacağı doldurmağı dəqiqləşdirmək üçün yeni injektorlar, elastikliyi inkişaf etdirən  yeni turbo qoruyucu klapanlar  və yenidəın işlənmiş asmalar da daxil olmaqla çox sayda inkişaf etdirilmiş detallardan ibarətdir.

Bu təchizatların nəticəsi olaraq 2013 il modelli GT-R 2.7 saniyədə 100 km/s sürətə çatır-bu 2012 modelindən 1 saniyə daha cəlddi.

    Juke n-tec

    Məşhur Juke silsiləsi yeni  n-tec modelinin debütu ilə bir daha genişləndi. Daha innovativ texnologiya və parlaq dizaynı ilə  n-tec günü-gündən güclənən modelin sonrakı qabaqcıl variantı oldu.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi