Modern.az

Bizi ABŞ xilas etdi - Saakaşvili

Bizi ABŞ xilas etdi - Saakaşvili

Dünya

17 İyul 2022, 14:43

Gürcüstanın sabiq prezideni, Mixail Saakaşvili 2008-ci ilin avqust müharibəsindən söz açaraq, Amerika Birləşmiş Ştatlarının roluna toxunub.

 

Modern.az xəbər verir ki, sabiq prezident müharibənin məhz ABŞ tərəfindən dayandırıldığını bildirib.

 

"Amerika barəsində danışarkən unutmamalıyıq ki, 2008-ci il müharibəsini məhz ABŞ dayandırdı və Gürcüstan dövlətini xilas etdi. Altıncı donanma olmasaydı və humanitar hərbi əməliyyat baş tutmasaydı, bu gün Gürcüstan mövcud olmazdı. Bundan əlavə, həmin dövrdə Co Baydenin təşəbbüsü ilə 1 milyard dollar ayrıldı ki, bu da Gürcüstan iqtisadiyyatını xilas etdi," - deyə Saakaşvili sosial media hesabında yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?