Modern.az

RBAM sədri Razi Nurullayev İraq səfiri ilə görüşüb

RBAM sədri Razi Nurullayev İraq səfiri ilə görüşüb

Aktual

14 Mart 2013, 15:52
“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri Razi Nurullayev İraqın Azərbaycandakı səfiri Heydar Şiya Ghubeşi Albarrak ilə görüşüb. Görüşdə beyin mərkəzi olan RBAM ilə İraq səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib. RBAM rəhbəri qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə həm Avropa, həm də Asiya qitələrində yerləşir.
Tarixi inkişaf boyu Azərbaycan daha çox Asiya qitəsi ilə əməkdaşlıq edib və bu tarixi kökümüzə söykənərək Azərbaycanın Asiya ölkələri ilə də mədəni və humanitar inteqrasiyası vacibdir. Görüşdə görüşlərin davam etməsi və Asiya ölkələrinin ölkəmizdə yerləşən missiyalarının, təşkilatlarının vətəndaş cəmiyyəti instututları ilə daha yaxından əməkdaşlıq etməsi və Azərbaycannın Asiyanın qabaqcıl və mütərəqqi dövlətləri ilə inteqrasiyasının vacibliyi barədə tədbirlər silsiləsinin keçirilməsi haqqında da fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.




Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir