Modern.az

Xocalıdan olan “25-lər”lə görüş keçirildi - FOTOLAR

Xocalıdan olan “25-lər”lə görüş keçirildi  - FOTOLAR

14 Mart 2013, 16:21

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasında Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatları Xocalıdan olan hər iki valideynini itirmiş 25 nəfər gənclə görüşüblər.

Modern.az-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd valideynini itirmiş şəxslərin problemini müzakirə etmək və onların həllinə nail olmaqdır.

Tədbirdə çıxış edən Dağlıq Qarabağ Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib ki, valideynlərini itirmiş gənclərin əsas problemləri mənzil və şəhidlik statusları ilə bağlıdır. Bu problemlərin həll olunmasının vacibliyin qeyd edən

B. Səfərovun sözlərinə görə, mənzil probleminin həllində bu gənclərə lazımı köməklik göstərəcək. 

Deputat Fuad Muradov isə bu gənclərə dövlət tərəfindən xüsusi qayğı və diqqətin göstərilməsinin vacibliyini bildirib:

“Milli Məclisdə şəhidlik statusu ilə bağlı müzakirələr olacaq. Hər halda 25 gəncin maddi, texniki, mənəvi problemləri var və biz bunun həllinə çalışmalıyıq”. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı deyib ki, bununla bağlı kitab hazırlanır: “Bu gənclərin həyat şəraitlərini yaxşılaşdırılması istiqamətində dövlət və ictimaiyyət nümayəndələri fəallıq nümayiş etdirməlidirlər”.

Daha sonra deputat Qənirə Paşayeva və Rövşən Rzayev də çıxış edərək gənclərə şəhidlik statusu verilməsi üçün Milli Məclisdə məsələ qaldıracaqlarını diqqətə çatdırıblar. 

Qeyd edək ki, təşəbbüs “Nur “ Uşaq və Gənclər təşkilatı tərəfindən irəli sürülüb.

 



 

 

 

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi