Modern.az

Əhmədinejad brilliant qələmini və nadir islam üzüyünü satışa çıxarıb

Əhmədinejad brilliant qələmini və nadir islam üzüyünü satışa çıxarıb

İqtisadiyyat

14 Mart 2013, 16:40



İran prezidenti Mahmud Əhmədinejad  özünün rəsmi hədiyyə kolleksiyasını xeyriyyə auksionunda satışa çıxarıb. Satışa çıxarılanlar arasında Çarli Çaplinin xatirəsinə hazırlanmış “Mont Blanc” marka platin qələm də var. 

Bu barədə Modern.az  Böyük Britaniyanın “Telegraph” qəzetinə istinadən  xəbər verir. “İran şahları” adlı sarayda keçirilmiş auksiondan əldə olunan gəlir müharibə veteranları və dul qadınlar üçün ev tikməyə sərf ediləcək.
Auksionda satışa çıxarılan əşyalar arasında saatlar və zinət əşyaları da var. Pakistanlı həmkarının Əhmədinejada hədiyyəsi olan brilkiant boyunbağı və Qətər əmirinin verdiyi nadir İslam üzüyü də satışa çıxarılıb.
Auksiondan əldə olunacaq gəlirin qələmin qiyməti də daxil olmaqla 298.684 dollar olması gözlənlir. Qələmin qiyməti isə 104.541 dollardır. “Mont Blanc” markalı  qələm 1930-cu ildə istehsal edilmiş və brilyantla bəzədilmiş 88 qələmdən biridir.

Peykər İbrahimova    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü