Modern.az

ABŞ Ukraynaya kəşfiyyat ötürməyə davam edəcək 

ABŞ Ukraynaya kəşfiyyat ötürməyə davam edəcək 

Dünya

18 İyul 2022, 23:42

Kiyevdə son kadr dəyişikliklərindən sonra Birləşmiş Ştatlar Ukraynaya kəşfiyyat məlumatı verməyə davam edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Qeyd edək ki, Zelenski Ukrayna Baş prokurorunu və Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad edib.

 

Zelenski qeyd edib ki, onun iki müttəfiqi – təhlükəsizlik xidmətinin rəisi İvan Bakanov və baş prokuror İrina Venediktova “satqınların” kökünü kəsə bilməyiblər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat