Modern.az

Bu ilin iki ayında 4152 işsiz vətəndaş münasib işlərlə təmin edilib

Bu ilin iki ayında 4152 işsiz vətəndaş münasib işlərlə təmin edilib

14 Mart 2013, 17:26

İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən həyata keçirilən tədbirlər 2013-cü ilin yanvar-fevral aylarında da davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % cox, yəni 4152 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu müddətdə 88 nəfər nəfər haqqı ödənilən ictimai işlərə, 379 nəfər isə müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, 23006 nəfər peşəyönümü məsləhətlərinə cəlb olunub. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən «Əmək Birjaları» tərəfindən 617 nəfər işsiz vətəndaş, o cümlədən 372 nəfər qadın, 343 nəfər gənc, 16 nəfər qaçqın və məcburi köçkün, 7 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir