Modern.az

Gürcü müxalifəti:”Saakaşvili Azərbaycanla strateji münasibətləri pozub”

Gürcü müxalifəti:”Saakaşvili Azərbaycanla strateji münasibətləri pozub”

10 Mart 2010, 11:07

Gürcü müxalifəti “Yuxarı Lars”  nəzarət-buraxılış məntəqəsinin açılmasına kəskin münasibət  bildirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstanın  Birləşmiş müxalifət lideri Qoqa  Xaindrava  hesab edir ki, “Yuxarı Lars”ın açılması Gürcüstanın milli təhlükəsizliyi üçün qorxudur.  O, məntəqənin fəaliyyətə başlamasının ölkənin maraqları ilə zidd olduğunu deyib. İrəvan-Tbilisi-Moskva tele-körpüdə çıxış edən Xaindrava qeyd edib ki, “Lars”ın açılmasının Gürcüstana heç bir iqtisadi faydası yoxdur. Çünki Gürcüstan vətəndaşları onsuz da viza ala bilmədən Rusiyaya gedə bilmirlər. “Bu cəfəng bir şeydir, Gürcüstan buraxılış məntəqəsini açmaqla heç nə qazanmr, əksinə itirir”,-deyə müxalifət lideri bildirib. “Mən başa düşə bilmirəm,  bir–birini  düşmən adlandıran, işğalçı adlandıranlar necə  danışıqlar apara bilərlər? Mən prezident Mixail Saakaşvilini nəzərdə tuturam. Saakaşvili Ermənistan və Rusiya maraqlarını əks etdirir, Ermənistanın maraqlarına işləyən Saakaşvili Gürcüstanın strateji müttəfiqi olan Azərbaycanla münasibətləri pozub. Eləcə də Ukrayna ilə münasibətləri də pozub”.

Xaindrava qeyd edib ki, “Lars”ın açılışı yalnız Ermənistanın iqtisadi maraqlarına xidmət edir,  Rusiya isə bundan  hərbi-strateji  məqsədlər güdür: “Rusiya Gümrüdəki hərbi bazası üçün hərbi texnika daşımaq üçün “Lars”ın  açılmasında maraqlıdır. Rusiya və Gürcüstan arasında əldə olunmuş razılaşmaya əsasən gürcü sərhədçiləri “Laps”dan keçən Rusiya yüklərini yoxlaya bilməzlər ( Qeyd edək ki, Azərbaycan üçün bu məsələnin ən narahatverici məqamı da məhz bununla bağlıdır-Modern.az).  Xaindrava qeyd edib ki, Gürcüstan öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına  yol verə bilməz. Çünki bu, dost Azərbaycanın maraqlarına ziddir.

Tele-körpüdə iştirak edən Moskvadakı Siyasi və Strateji Araşdırmalar İnstitutunun direktoru Sergey Markedonov isə hesab edir ki, Gürcüstanın Ermənistana münasibəti dəyişməlidir. O xatırladıb ki, Ermənistan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayıb.

Ermənistan həm Rusiya, həm də Gürcüstan üçün vacib ölkədir.

Gürcüstan Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze də Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin açılmasını ölkə iqtidarının səhv addımı saydığını bildirib. G. Qaçeçiladze qeyd edib ki, Rusiyanın Gümrüdəki (Ermənistan) hərbi bazasının vəziyyəti təchizat baxımından ağır olduğundan “Yuxarı Lars”ın açılması onun üçün çox əhəmiyyətli idi.

“Gürcüstan hakimiyyəti Azərbaycanı narazı salmamaq məqsədilə deyir ki, məntəqənin açılışından onun nə siyasi, nə də iqtisadi mənfəəti vardır. Əgər belədirsə, onda sərhəd məntəqəsi nə üçün açılır? Deməli, başqa məqsəd vardır. Əgər burada dövlət mənafeyi güdülürsə, siyasətdə hər şey ola bilər, kompromisə də getmək mümkündür. Ancaq burada bir məsələ vardır – Gümrü hərbi bazasının Rusiya üçün həyati əhəmiyyət daşığığı hamıya məlumdur. Bu, Qafqazda ən böyük hərbi bazadır. Gürcüstandakı sabiq Rusiya hərbi bazalarının silahlarının böyük qismi məhz Gümrüdəki hərbi bazaya aparılıb.  O zaman Azərbaycan da etirazını bildirib.  Əslində elə çıxır ki, hər şey bizim hesabımıza görülür: Ermənistan ərazisində Rusiya hərbi bazaları gücləndirilir və buna müvafiq olaraq, Ermənistan hərbi baxımdan güclənir. Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi açıldıqda da Azərbaycan hökuməti çox ciddi bəyanat verib.

Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze buna cavab olaraq bildirib ki, Gürcüstan ərazisi ilə bir güllə də olsun daşınmayacaq. Çox maraqlıdır ki, Gürcüstanın həmin yükləri yoxlamağa səlahiyyəti çatmadığı halda bu yüklərə kim nəzarət edəcək? Bu günlər qondarma Dağlıq Qarabağın qondarma Abxaziyanın müstəqilliyini tanıması barədə söz-söhbətlər meydana çıxıb. Kim inanar ki, Qarabağ Yerevanla razılaşmadan belə addım atır? Bu, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsini açmağımıza “cavabdır”. Biz bununla nə qazandıq? Heç nə. Azərbaycanı bir daha incik saldıq”, - deyə G.Qaçeçiladze vurğulayıb.

 

 

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir