Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana Səudiyyə Ərəbistanı Kralı Fondunun kral "Faysal" beynəlxalq mükafatı təqdim olunub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğana ərəblərin “Nobel mükafatı” son dövrlərdə müsəlman dünyasının maraqlarının müdafiə olunması səylərində göstərdiyi cəsarət və qətiyyətə görə verilib.
Mükafatı Türkiyənin hökumət başçısına Səudiyyə Ərəbistanı kral Abdullah özü şəxsən təqdim edib.
Mükafatı qəbul edən Ərdoğan bəyan edib ki, yer üzündəki bütün problemlərin əsasında ədalətsizlik və məhrumiyyətlər durur. O, İslam dünyası naminə apardığı mücadilədə Faysal Fondunun verdiyi dəstəyi yüksək qüymətləndirib.
Bu mükafat bu vaxta qədər müxtəlif kateqroriya üzrə 6 nəfərə təqdim edilib. Ərdoğan bu mükafatı İslam dininə qulluq etmək kateqoriyası üzrə alıb.