Goranboyun Xan Qərvənd kəndində yeni layihə əsasında inşa edilən Şəhidlər Abidəsinin açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri və qazilər, rayon fəalları, kənd ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Bildirilib ki, Şəhidllərimizin xatirəsinin əbədiləşdirilməsi və ruhlarına ehtiram olaraq, Xan Qərvənd kəndində vaxtı ilə inşa edilmiş xatirə kompleksi rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin tövsiyyəsi və təşəbbüsü ilə yeni layihə əsasında müasir memarlıq üslubunda yenidən inşa edilmişdir.