Modern.az

Azərbaycan qadınları öz qurultaylarına hazırlıq görür

Azərbaycan qadınları öz qurultaylarına hazırlıq görür

Aktual

15 Mart 2013, 11:47

Qadınların 4-cü qurultayına hazırlıq çərçivəsində mart ayının 11-i, 12-si və 13-də Zərdab, Ucar və Göyçayda qadınlar konfransı keçirilib. Konfransda iştirak edən deputat Jalə Əliyevanın sözlərinə görə, hər bir görüşdə 500-dən çox qadın olub. Bu konfransda daha çox rayonun ziyalı təbəqələri, rayonun ictimai-siyasi həyatında böyük rolu olan qadınlar, eyni zamanda bütün təbəqənin nümayəndələri təmsil olunub. Tədbirdə ölkədə aparılan qadın siyasəti, Azərbaycan qadınının keçdiyi şərəfli tarixi yol, xüsusilə 20-ci əsrin əvvəllərindən etibarən  bütün şərqdə seçilmək hüququnu əldə etməsi , azadlığı uğrunda mübarizə aparması , 20-ci əsrin ortalarından etibarən Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qadına böyük əhəmiyyət verilməsi, sırf bu diqqətin nəticəsi olaraq qadınların rolunun yüksəlməsində, prezidentin verdiyi fərmanlar , göstərdiyi diqqət nəticəsində Azərbaycan qadınının cəmiyyətdə rolunun artması ilə bağlı fikrilər səsləndirilib.

Jalə Əliyeva bildirib ki, bunların həlli yollarını təkcə dövlətdən gözləmək doğru olmazdı. “Qadınların mütəşəkkil fikirləri bundan ibarət olub ki, Azərbaycan qadını həqiqətən də ölkənin ictimai, siyasi, mənəvi həyatında hər zaman aparıcı yerdə olub və bundan sonra da, bu rollarının artırılması üçün daha aktiv olacaqlarını bildiriblər. Oktyabr ayında keçiriləcək seçkiyə də qadınlarımız artıq hazır olduqlarını deyiblər”. 

Ulduz İBRAHİMOVA

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir