Modern.az

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

Təhsil

15 Mart 2013, 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin  modern.az-a verdiyi məlumata görə sabah ölkə ərazisində dəyişkən buludlu, əsasən ytağmursuz hava şəraiti olacaq.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. 
Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

 Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi