Modern.az

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında olub

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında olub

Aktual

15 Mart 2013, 13:51

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri müraciətlərin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, MPQ üzvləri orada saxlanılan bir neçə şəxslə görüşüblər. 

Saxlanılan şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər, eyni zamanda bəziləri barələrində məhkəmə qərarlarının qeyri-obyektiv olduğunu bildirib. 

MPQ-nin üzvü olan həkim həmin şəxslərin səhhəti ilə tanış olub. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür