Modern.az

Nazirlik «Dayanıqlı İnkişaf Məqsədləri»ni müzakirə edib

Nazirlik «Dayanıqlı İnkişaf Məqsədləri»ni müzakirə edib

15 Mart 2013, 14:24



Bu gün Birləşmiş Millətlər Təşkilatının “Qlobal Saziş” üzrə Azərbaycan Şəbəkəsi (GCLN), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin tərkib hissəsi olan “Dayanıqlı İnkişaf Məqsədləri”nə dair dəyirmi masa keçirilib. Modern.az-ın məlumatına görə, özəl sektorda əmək və məşğulluq məsələlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Camalxanov və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk açılış nitqi ilə çıxış ediblər.

Özəl sektor, həmkarlar ittifaqları və şirkətlərin bir araya gəldiyi görüşdə «Dayanıqlı İnkişaf Məqsədləri»ndən irəli gələn məsələlərin qiymətləndirilməsi və bu məsələlərlə bağlı 2015-ci ildən sonrakı dövrdə həyata keçiriləcək prosesdə biznes və dövlət sektorunun rolu müzakirə edilib. 

Həmçinin gənclərin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və müəssisələrdə əməyin mühafizəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.   Görüşdə biznesin davamlılığı, əmək haqqı sisteminin, ümumən  əmək qanunvericiliyinin təkmilləşdirilməsi, layiqli əməyin təminatı məsələləri də əsas müzakirə obyekti olub.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir