Modern.az

Ermənistanın Rusiya ilə Qaz sövdələşməsi

Ermənistanın Rusiya ilə Qaz sövdələşməsi

15 Mart 2013, 14:54



Ermənistanın prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar üçün görüşəcəkləri əvvəlcədən məlum idi. Danışıqlar zamanı gömrük ittifaqı və qazın qiyməti haqqında müzakirələrin aparılacağı gözlənilən olsa da, başqa məsələlər haqqında dəqiq məlumatlar yox idi.

Moskvada olarkən Ermənistan mətbuat orqanlarının Rusiyanın “Enerji təhlükəsizliyi milli fondunun” baş direktoru Konstantin Simonova verdikləri suallara cavab belə olmuşdu:

“Gömrük ittifaqı haqqında nə qədər danışsaq da, mənası yoxdur, Ermənistan heç vaxt onun üzvü ola bilməz. Ermənistan necə bu ittifaqın üzvü ola bilər ki, onun Gömrük ittifaqı olan ölkələrin heç biri ilə ümumi sərhədi yoxdur. Əlbəttə prezidentlər bu haqda danışıqlar aparırlar, amma nə qədər danışsalar da onsuz da əhəmiyyəti yoxdur”. 

Simonov izah edib ki, qaz məsələsi ilə hər şey aydındır. Təbii ki, Ermənistan istəyir ki, qazı ucuz qiymətə alsın. Bu isə prezidentlərin danışıqlarından asılıdır. Onlar nə qiymət danışsa, o da olacaq. Hər halda, hər kəsə məlumdur artıq Ermənistanın qazın əvəzini ödəməsi üçün heç nəyi yoxdur. Məlumdur ki, Rusiyanın qazbölüşdürücü sistemi çoxdandır ki, “Qazprom”a verilib. Ona görə də bu məsələnin həlli üçün “Qazprom” da öz sözünü deməlidir. Bu səbəbdən indidən buna proqnoz vermək çətindir.

Tanrıverdi İsmayıl
BDU-nun Erməni araşdırmaları ETL-nin rəhbəri
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir