Modern.az

“Muğanbank”da adsız istiqrazlar üzrə 27-ci tiraj keçirildi

“Muğanbank”da adsız istiqrazlar üzrə 27-ci tiraj keçirildi

15 Mart 2013, 15:26



“Muğanbank” ASC-nin baş ofisində martın 15-də adsız istiqrazların növbəti tirajının nəticələri müəyyənləşdi. Adsız istiqrazlar üzrə tirajın uduş fondu artırıldığından 27-ci tirajda uduşlu istiqrazların sayı aşağıdakı kimi paylaşdırıldı:

50 000 AZN  - 1 uduş,

10 000 AZN  - 2 uduş,

5 000 AZN - 6 uduş,

2500 AZN  - 18 uduş,

1000 AZN - 50 uduş,

500 AZN - 201 uduş,

250 AZN - 632 uduş,

100 AZN - 1090 uduş.

Beləliklə, hər 45 gündən bir keçirilən tirajda uduş əldə edəcək xöşbəxt nömrələrin sayı 2000-ə çatdı.

Tirajın nəticələri ilə “Xalq qəzeti”nin növbəti sayında, həmçinin, “Muğanbank” ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (//www.muganbank.az/istiqraz/spisok.php). Həmçinin, 933 telefon nömrəsinə zəng etməklə məlumat ala bilərsiniz.

Növbəti 28-ci tiraj  2013-cü il aprelin 30-da “Muğanbank” ASC-nin Ə. Rəcəbli 21 B ünvanında yerləşən baş ofisində keçiriləcəkr.

“Muğanbank” ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu iltarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmişdir. Bank 50 mln.manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

Bu  məhsulun riskdən azadolması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını “Muğanbank” ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam  likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?