Modern.az

Əfv Komissiyasının iclası bu gün keçirilir

Əfv Komissiyasının iclası bu gün keçirilir

10 Mart 2010, 12:47

Martın 10-da günün ikinci yarısında Prezident yanında Əfv Komissiyasının iclası keçiriləcək. Modern.az bu barədə məlumatı komissiyanın üzvlərindən alıb.

Saytımıza bildirilib ki, Əfv Komissiyasının üzvləri arasında bəzi məkumların müraciətləri ilə bağlı mübahisə yaranıb. Belə ki,

Komissiyanın üzvü olan hüquq-mühafizə orqanlarının rəhbərləri adları əfv siyahısına salınması gözlənilən bəzi məkumların azadlığa buraxılmasını istəmirlər. Onlar bildirblər ki, 4-5 il axtarışda olan, hüquq-mühafizə orqanları əməkdaşlarının çətinliklə yaxaladığı bəzi məhkumlar indi əfv olunub azadlığa buraxılmamalıdırlar.

Əfv Komissiyasından saytımıza onu da deyiblər ki, Novruz bayramı münasibəti ilə əfv fərmanın imzalanacağı artıq dəqiqləşib. Bu günkü iclasda adları əfv siyahısına salınması gözlənilən məhkumların müraciətlərinə baxılacaq. Növbəti iclasda isə yekun siyahı dəqiqləşdirilib dövlət başçısına təqdim olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...