Modern.az

“Media ombudsmanının yaradılmasına Elmira Süleymanova mane olur”

“Media ombudsmanının yaradılmasına Elmira Süleymanova mane olur”

10 Mart 2010, 13:22

Azərbaycanda 2005-ci ildə qəbul edilən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə görə, İnformasiya məsələləri üzrə ombudsman təsisatı yaradılmalıdır. İnformasiya məsələləri üzrə ombudsman qanunun qəbulundan sonra 6 ay ərzində yaradılmalı idi. Qanunda media ombudsmanının yaradılması proseduru da nəzərdə tutulub. Prezident Milli Məclisə nümayəndələr verməli, Milli Məclis də onların arasından birini seçməli idi. Beynəlxalq təşkilatlar da dəfələrlə İnformasiya məsələləri üzrə ombudsman təsisatının bu günədək yaradılmamasını Azərbaycanla bağlı öz hesabatlarında ciddi irad kimi göstəriblər. Qeyd edək ki, İnformasiya məsələləri üzrə müvəkkil “İnformasiya əldə etmək haqqında” Qanunun  icrasına nəzarət etməli şəxsdir.

İnformasiya sorğusunun icrasından imtina edildikdə  vətəndaşlar, eləcə də KİV nümayəndələri qanunla İnformasiya məsələləri üzrə müvəkkilə şikayət etməlidirlər.

Konstitutsiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycanda indiyədək informasiya məsələləri üzrə ombudsman təsisatının yaradılmamasını İnsan hüquqları üzrə müvəkkil aparatının fəaliyyətilə əlaqələndirib. Onun sözlərinə görə, Ombudsman Elmira Süleymanovanın rəhbəri olduğu qurum informasiya məsələləri üzrə müvəkkil təsisatının yaradılmasına mane olur. Ə.Nuriyevin fikrincə, İnsan hüquqları üzrə müvəkkil aparatının internet saytı da pis fəaliyyət göstərir, saytın informasiya vermək imkanları məhduddur, operativliyi yoxdur. Ə.Nuriyevin dediklərinə İnsan hüquqları üzrə müvəkkil aparatından münasibət öyrənmək istəsək də cavabdeh şəxsləri yerində tapa bilmədik. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi