Modern.az

Əhmədnejatı “topa” tutdular

Əhmədnejatı “topa” tutdular

15 Mart 2013, 18:58

İranın Qəyyumluq Şurasının sədri Əhməd Cənnəti cümə namazı zamanı Prezident Mahmud Əhmədnejadı tənqid edib. Modern.az iran mətbuatına istinadən xəbər verir ki, sədrin qəzəbinə səbəb prezident Mahmud Əhmədinejadın martın 5-də Venesuela Prezidenti Uqo Çavesin vəfatı ilə əlaqədar göndərdiyi başsağlığı teleqramıdır.

Teleqramda qeyd olunur ki, "Şübhəsiz ki, Çaves İsa Məsihlə birgə yerə qayıdacaq..." Məhz bu fikir Cənnətini özündən çıxarıb.

"Qayıdış dövlət mükafatı deyil ki, onu kiməsə təqdim edəsən. Mən çox təəssüflənirəm ki, bəzi insanlar danışmazdan qabaq bu məsələni araşdırmırlar. Ümid edirəm ki, bu bir daha təkrarlanmayacaq" deyə o nitqində bildirib.

Onun sözlərinə görə, bu hadisə dini mərkəzlərdə, dindarlar və müsəlmanlar arasında böyük narahatlıqla qarşılanıb.

Qeyd edək ki, bu məsələ ilə bağlı olaraq bir çox siyasi və dini liderl də Əhmədnejadın teleqramı ilə bağlı öz etirazlarını bildiriblər.

Elçin AĞAYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır