Modern.az

Oxu, amma qorxma!

Oxu, amma qorxma!

16 Mart 2013, 17:29
Modern.az saytı sizə ayrı-ayrı vaxtlarda qadağan edilmiş əsərləri təqdim edir :

"Ledi  Katerleyin  aşiqi" DH.  Laurens

Laurensin bu cəsarətli romanı  qadağan  olunmuş eşq əlaqəsini  özündə əks etdirir. Roman  İngiltərədə  1928-ci ildə   nəşr edilsə də,  1960-cı ilə qədər satışına  qadağa qoyuldu. Lakin sonradan məhkəmə qərarından sonra satışına icazə verildi. Kitabın üz qabığında təsvir olunan məhkəmə zalı və ordakı hakimin  “ Arvadının və xidmətçinin oxumaq istədiyi kitab varmı?”  sualı özünə xeyli diqqət cəlb etdi. Roman bu təsvirin və barəsində yaratdığı səs-küyün sayəsində satışa çıxdığı ilk gündə 200 min tirajla satıldı.   

"Çöl Kuğular", Cung Çang
Əsər hələ ki  Çin  ədəbiyyatının   xarici ölkələrdə ən çox  satılan ədəbi nümunəsi  olsa da 1991-ci ildən satışı qadağan edilib. Qeyd edək ki,  13 milyon tirajla satılıb və dünyada bu tirajla satılan  ikinci bir Çin romanı  yoxdu. Roman  ailə xatirələrindən bəhs edir. Belə ki, burda ailəsinin 3 nəslinin qadın hüquqları təsvir edilib. Həmçinin,   Komunist mövqelərinə toxunmaqla  , Çinin sosial həyatının qara çalarını  əks edən roman indi də Çində qadağan olunmuş əsər sayılır.

"Qərb cəbhəsindən təzə heç nə yoxdur",   Erix Maria Remark

Birinci Dünya Müharibəsinin iştirakçısı olmuş yazarın bu romanı müharibə vəhşiliyini , insan  azğınlığını özündə çox gözəl əks etdirir.  Çox böyük cəsarətlə yazılan roman 1933-cü ildə alman hərbi güclərini mənfi şəkildə təsvir etdiyinə görə  rəhbərlik  tərəfindən qadağan edildi. Kitab I. Dünya Müharibəsini əks edən ən maraqlı əsər olmaqda davam edir.  

Doktor Jivaqo ",  Boris Pasternak

Tarixə qərq olmuş SSRİ-də  Pasternakın bu romanı 1988-ci ildə qadağan olundu. Səbəb isə bolşevik dönəmindən sonra Rusiyadakı həyatın tənqidi idi.  Sovet hakimiyyəti Posternakı hətta düşmən élan etmişdi. Vətəndaşlıqdan çıxarılmaq təhlükəsi altında qalan Pasternak 1958-ci ildə Nobel mükafatından imtina etməli olur.

"Cadugər “   Frank Baum
“Cadugər”  romanı 1930-50-ci illərdə 20 il ərzində iki dəfə qadağan olundu. Səbəb isə öncə çox məsum humanist görünən romanın  məzmununda cinlərin, pərilərin, qeyri-adi qüvvələrin dini zəmində təhlükəli sayılaraq insanlarda özgə inanca yol açma ehtimalı idi.  

"1984", Corc Orwell

Hazırda dünyada ən çox sevilən və satılan əsərlərədn olan “1984 “  vaxtikən dünyanın hər iki güc mərkəzində qadağan edilmişdi. Belə ki, bütün insani hüquqların əsir altında olmasını göstərən səhnələr Amerika tərəfindən kəskin tənqidlərə məruz qaldı və nəticədə ilk olaraq burada qadağan edildi. Amerika şübhələnirdi ki, bu əsərdə Sovet ideologiyası var.  Amma əsərin alt qatında Sovet idarə rejimi də tənqid olunurdu. Odur ki roman çox keçmədən Sovetlərdə də qadağan edildi.

"Ana Frankın Xatirə  dəftəri",  Anna Frank
Ana Frank gənc bir alman qızının  əsir düşərgəsində keçirtdiyi günlər başına gələn hadisələri xatirə formasında romanında yazmışdır.  1952-ci ildə çap olunanadan sonra  60 – a yaxın dilə çevrildi və 30 milyona yaxın tirajla satıldı  Lakin burada yəhudilərə rəğbət hissi yaradan motivlər olduğuna görə qadağan edildi.

"Şeytan ayələri “   Salman Rüşdi
Həzrəti Məhəmmədin həyatından bəhs edən və İslamı tənqid edən bu əsər dünyanın ən qalmaqallı romanlarındandır. Belə ki , İranın dini lideri  Ayətullah Xomeyni tərəfindən çıxarılan ölüm fitvası,  həmçinin dünyanın bir çox müsəlman ölkələrində müəllifə qarşı  əleydarların  tolanması dünya çapında böyük ajiotaj yaratdı. İngiltərədə bu kitabın saxlandığı kitabxana bombalandı. Əsərin  yapon tərcüməçisinin öldürülməsi isə daha böuük səs-küyə səbəb oldu.  Hər şey bununla da bitmədi. Daha sonra  İtalyan tərcüməçisi bıçaqlandı, Norveçli naşiri isə   silahlı hücuma məruz qaldı.

"Lolita",   Vladimir Nabokov
1955-ci  ildə  çap edilən roman hazırda dünyanın ən yaxşı əsərləri sırasındadır. Lakin  nəşr olunduğu  ilk  illərdə bir çox  ölkələrdə  qadağan  edilmişdi. İngiltərə Daxili İşlər Naziri və İngiltərə Gömrük İdarəsi  romanın ölkəyə buraxılmasını qadağa qoymuşdu. Romanı nəşriyyatında çap edən Nigel Nikolson ölkənin gözündən düşən adama çevrildi.

Elmin Nuri


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI