Modern.az

MSK-da yeni struktur YARADILIR

MSK-da yeni struktur YARADILIR

Aktual

26 İyul 2022, 16:46

Mərkəzi Seçki Komissiyası (MSK) mətbuatla əlaqələrin daha yaxşı həyata keçirilməsi ilə əlaqədar işçi qrupu yaradır. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov təklif səsləndirib.

 

Sədr müavini kommunikasiya məsələlərinin həlli ilə bağlı yeni strukturun yaradılmasının lazım olduğunu söyləyib. 

 

O, həmçinin bildirib ki, komissiyanın 35 minə yaxın işçisi var və onların idarə olunmasının asanlaşdırılması məqsədilə yeni strukturun yaradılmasına ehtiyac var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat