Modern.az

Yazmaq istəyirəm, amma...

Yazmaq istəyirəm, amma...

Ədəbi̇yyat

16 Mart 2013, 17:42

Tanınmış Amerika psixoloqu və yazarı Marqot Atvell gənc yazıçılara yazmamaq sindromunu aradan qaldırmaq yollarını göstərir. Modern.az öz tərcüməsində bu tövsiyyələri sizlərə təqdim edir.

İki səbəb yazmağa mane olur: İlham əskikliyi və qorxu. İlhama söykənmədən yazmaq həqiqətən də qorxulu  bir haldır. Əvvəlcə kompüterdə boş bir səhifə açıb, yazmağa çalışırlar. Sonra isə geridə qalan ağ səhifəyə baxıb , boşluqdan qorxub yazdıqları ilk sətiri də silirlər. Bu artıq bir çox yazarların kabusuna çevrilib. Bu vəziyyətlə mübarizə edə bilməniz üçün bir neçə yol təklif edirik:

İlk  olaraq  əllə  yazmağa çalışın.
Bəzi insanların kompüterdə   2.000 söz  yazması bir  problem  deyil.  Lakin bunu  makinada yazmaq  mənim yaradıcılığımı hər zaman məhdudlaşdırar. Ancaq mənə bir kağız, bir də qələm versəniz, özümü o kağızın üzərini boş yer qalmayana qədər yazmağa məcbur edərəm,   sonra da kağızın digər üzünə keçərəm. Hər kəs ənənəvi yolla öz  ilhamını axtarır.  Buna görə də  siz əvvəlcə öz yolunuzu tapmalısız. Bəzi insanlar əllə yazdıqları zaman yazdıqlarına daha çox bağlanar. .. Əllə yazmaq işgəncə kimi görünsə də bunu yoxlayın.

Zehininizi dağıdacaq şeylərə yönəlin
Yerimək, velosiped sürmək, qaçmaq  kimi fiziki bir fəaliyyət sayəsində zehininizi rahatlaşdıra bilərsiz.  Bu fəaliyyətlər, zehininizi dağıdıb, yeni əlaqələr qurmanızı təmin edəcək. Bundan sonra siz  özünüzü daha  yaradıcı hiss edəcəksiniz. Bəzən radioda səslənən musiqinin sədası altında rəqs etmək belə  belə zehnimizi  rahatlaşdırar və ağılımıza  əhəmiyyətli fikirlərin gəlməsinə  kömək edər. Amma bir  xəbərdarlıq edim:  Əgər bu cür fiziki fəaliyyətləri edərkən fikir axtarışınıza çıxsanız , bu zəhmətinizi  heçə endirər. Özünüzü azad buraxın, gözləyin fikirlər sizi tapsın.

Fərqli şeylər oxuyun:
Bəzi yazarlar  kitab yazarkən başqa kitabları oxumağı  sevməzlər. Mən isə oxumadan yola saldığım  bir günümü xəyal etmirəm.  Əgər oxuyacağınız şeylərdən təsirlənirlənəcəyinizdən  qorxursunuzsa başqa növdə kitablar oxuyun. Məsələn,  əgər roman yazırsınızsa, tarix ya da şeir kitablarını oxuyun.

Səyahət edin
Yeni yerlər görmək, böyük bir ilham qaynağı ola bilər. (Gedəcəyiniz yerlərin çox uzaqda olmasına heç ehtiyac yoxdur.) Çox insan gündəlik monoton həyatından kənara çıxa bilmir.  Əgər siz bir həftə sonunu ya da yalnız bir gününüzü bir səyahətə ayırıb yeni yerlər görsəniz, bu sizə çalışdığınız layihəyə dərhal başlama əzmi verə bilər.

Yeni tapdığınız fikirləri qeyd aldığınıza əmin olun
Ən yaxşı fikirləri ümumiyyətlə yuxuya dalıb getdiyim zaman ya da yuxuyla oyanıqlıq arasında,olduğum vaxt qurmağa başlayıram. Ayrıca duşda da çox yaxşı fikirlər tapdığım vaxt olub. Bir fikir tapmaq üçün ən əlverişsiz zaman ümumiyyətlə ən yaxşı fikri tapdığım zamandır. Yəni , yatağınızın yanında, pulqabınızda, avtomobilinizdə  qeyd dəftəri saxlamağa çalışın. Çünki belə bir fikir ağılınıza gəldiyində onu kağıza tökmək üçün böyük bir səy sərf edərsiniz.
Əminəm ki bu üsulları istifadə, etsəniz  yazmamaq sindromunu asanlıqla dəf edə bilərsiz.


Hazırladı: Elmin Nuri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi