Modern.az

Bu gün MKM-in Ekspertlər Şurası toplanacaq

Bu gün MKM-in Ekspertlər Şurası toplanacaq

18 Mart 2013, 13:10

“MKM-in “qısa siyahı”sı (short list) ilə bağlı bu gün Eksperlər Şurası toplanacaq”. Bunu Modern.az-a Milli Kitab Mükafatının (MKM) təsisçisi Nigar Köçərli bildirib.
“Tədbirin nə vaxt keçirilməsini də bu gün müəyyənləşdirəcəyik”, – deyə N.Köçərli əlavə edib ki, martın 13-də MKM-ın Apellyasiya Şurası olduğu üçün ötən həftəyə nəzərdə tutulmuş tədbir təxirə salınıb.

Xatırladaq ki, MKM-in “qısa siyahı”na on əsər daxil edilməlidir. Bundan əvvəl artıq müsabiqənin “20-liyi” açıqlanıb. “Uzun siyahı”dakı (long list) bədii əsərlərin 15-i Azərbaycan, 5-i isə rus dilindədir.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər