Modern.az

Prezident Administrasiyası “parlament müxalifəti”nə dövlət vəzifələri təklif edir

Prezident Administrasiyası “parlament müxalifəti”nə dövlət vəzifələri təklif edir

Dünya

18 Mart 2013, 14:00



Rusiyada parlamentdə təmsil olunan müxalifət partiyaları nümayəndələrinin yüksək vəzifələrə gətirilməsi prosesi başlanır. Modern.az “Ədalətli Rusiya” partiyasının rəsmi saytına istinadən bildirir ki, parlament müxalifəti Prezident Administrasiyası ilə partiya üzvlərinin ən yaxın zamanlar ərzində regionlarda yüksək vəzifələri hədəf alan yeni kadr rezervləri haqda razılaşmaya gəliblər. Müxalifətçi “ehtiyat siyahının” yaradılması barədə qərar Administrasiyanın birinci müavini Vyaçeslav Volodinin başçılıq etdiyi Kreml məmurları Duma üzvləri və «Ədalətli Rusiya»nın görüşü zamanı qəbul olunub.

Administrasiya rəhbərliyi ötən həftənin çərşənbə günü liberal-demokratlarla, cümə axşamı isə “eserlər”lə görüşüblər. Hər iki görüşdə tərəflər razı qalıb.
“Görüş 3,5 saat davam edib və gözləntiləri doğruldub. Hər şey qarşılıqlı və çox maraqlıdır”-deyə “Ədlətlı Rusiya” Partiyasının sədri Nikolay Leviçev söyləyib.

Rəsmi Kreml elektorata sahib olan müxalifətçılərin federasiyanın subyektləri çərçivəsində rəhbər vəzifələrə təyin ediləçəklərinə söz verib.

Xatırladaq ki, keçən il RLDR-dən olan Aleksey Ostrovski Smolensk vilayətinə başçılıq edib. 2013-də isə Zabaykalyenin qubernatoru “Ədalətlı Rusiya” deputatı Konstantin İlkovski olub.
Kommunist Partiyası hələ kadrlarla bağlı belə təklif almayıb. Hələki kommunistlər bu təklifə çox şübhə ilə yanaşırlar. Onlar administrasiyanın vədini “hər kəsin fikrinin nəzərə alındığını göstərən bir kamuflyaj” adlandırıblar.

Günəş FƏRHADLI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi