Modern.az

ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

Dünya

1 Avqust 2022, 08:23

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını, bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini bildirib.

 

“Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - rəsmi açıqlamada deyilir.

 

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. O, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat