Modern.az

Yazıçı Azər Abdulla: “Hekayələrimin “uzun siyahı”ya düşməsi təbiidir”

Yazıçı Azər Abdulla: “Hekayələrimin “uzun siyahı”ya düşməsi təbiidir”

19 Mart 2013, 11:15



““Russkaya premiya” müsabiqəsində iştirak edən hekayələrimin hamısı vaxtilə Azərbaycanda dərc edilib. Onlar haqda çox danışılıb, çox yazılıb. Odur ki, “uzun siyahı”ya düşmələri təbii qarşılanmalıdır”. Bunu Modern.az-a yazıçı Azər Abdulla deyib.

Qeyd edək ki, Rusiyada keçirilən, 36 ölkəsindən yazıçı və şairlərinin qatıldığı “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin “uzun siyahısı”nda iki Azərbaycanlı yazıçının da adı var: Maqsud İbrahimbəyov (“Cəhənnəmdə sərinlik”, “Keçid dövrünün xronikası” povestləri ilə – “böyük nəsr”) və Azər Abdulla (“Qəmərlidən keçən qatar”, Quyruq” və “Gün işığı” hekayələri ilə – “kiçik nəsr” nominasiyası).

Aprelin 2-də 36 müsabiqənin “onluğu” müəyyənləşəcək, aprelin 25-i isə qaliblər isə təyin ediləcək.

Nüfuzlu müsabiqədə mərhələ adlayan Azər Abdullanın sözlərinə görə, hazırda 4 yeni hekayəsini tamamlayıb və onlar tezliklə dərc olunmalıdır.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir