Modern.az

İlham Əliyev Polşanın baş nazirini qəbul edib

İlham Əliyev Polşanın baş nazirini qəbul edib

10 Mart 2010, 18:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşanın baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, İ.Əliyev Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib, baş nazirin səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
D.Tusk qeyd edib ki, onun səfərinin Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi baxımından səmərəli olacaq. Baş nazir ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində genişlənməsinin əhəmiyyətini də vurğulayıb.


 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır