Modern.az

Almaniya Ukraynaya raket sistemləri göndərdi 

Almaniya Ukraynaya raket sistemləri göndərdi 

Dünya

1 Avqust 2022, 21:51

Almaniya Ukraynaya "Mars II" yaylım atəşli reaktiv sistemləri təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

 

"Bu sistemlərə görə Almaniyaya və şəxsən həmkarım, müdafiə naziri Kristina Lambrextə təşəkkür edirəm. Artilleriyaçılarımız alman tərəfdaşlarına minnətdardırlar”, - o, özünün “Twitter” səhifəsində yazıb.

 

Ukraynanın neçə raket sistemi aldığı hələlik açıqlanmayıb. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat