Modern.az

Rusiya səfiri XİN-ə çağırıldı - İsveçdən etiraz

Rusiya səfiri XİN-ə çağırıldı - İsveçdən etiraz

Dünya

2 Avqust 2022, 14:16

Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, buna səbəb Ukraynada öldürülən isveçli döyüşçü ilə bağlı səfirliyin sosial şəbəkə hesabında yazılan şərhlər olub. 

 

İsveç XİN-ə çağırılan rusiyalı diplomata səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pislənildiyi bildirilib.

 

Qeyd edək ki, Rusiya səfirliyinin paylaşımında Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” yazılıb.

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat