Modern.az

Saakaşvili ABŞ-a səfərə hazırlaşır

 Saakaşvili ABŞ-a səfərə hazırlaşır

10 Mart 2010, 18:44

Gürcüstan prezidenti Mixail Saakaşvili  Amerikaya səfərə gedəcək. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, səfər aprel ayında nəzərdə tutulub. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze məlumatı təsdiqləyib. Mətbuat katibi Saakaşvilinin ABŞ-a səfər etmək niyyətində olduğunu bildirərək gürcü liderinin səfər proqramının detalları barədə açıqlama verməyib. Onun sözlərinə görə, Saakaşvilinin səfər proqramının detalları yaxın günlərdə məlum olacaq. Mancqaladze əlavə edib ki, səfər  ABŞ prezidenti Barak Obamanın dəvəti ilə həyata keçiriləcək. Xatırladaq ki, aprelin əvvəllərində Vaşinqtonda nüvə silahının yayılmamasına dair sammit nəzərdə tutulub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı