Modern.az

Ərdoğan bir rekordu qırdı, daha ikisini də keçə bilər - MARAQLI

Ərdoğan bir rekordu qırdı, daha ikisini də keçə bilər - MARAQLI

19 Mart 2013, 15:53


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında maraqlı çıxışı ilə yadda qalıb.

Modern.az
-ın türk mətmuatına istinadən verdiyi məlumata görə, baş nazir “çox partiyalı dövr ərzində mərhum Menderesin 10 il 5 gün fasiləsiz iqtidarda qalma rekordunu biz keçdik”– deyə partiya üzvlərini təbrik edib.

Bununla da Ərdoğan ümumi fəaliyyət müddəti baxımından baş nazir vəzifəsində olan 25 şəxs arasında Süleyman Dəmirəl və İsmət İnönüdən sonra üçüncü pilləyə yüksəlib.

Ərdoğan 2014-cü ilin yanvar ayına qədər tutduğu vəzifəsin icra edərsə, 10 il 10 ay baş nazir kreslosunda oturmuş Sülüyman Dəmrəli geridə qoyacaq.

Əgər ərdoğan 2015-ci il seçkilərinə qədər tutduğu vəzifədə qalarsa, o zaman İsmət İnönünün 12 illik fasiləsiz baş nazir vəzifəsində qalma rekordunu da qıracaq.

Qeyd edək ki, baş nazirin lideri olduğu AKP 3 noyabr 2002-ci il seçkilərində bəri iqtidardadır.

Elçin AĞAYEV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir