Modern.az

Sarkozi-Sərkisyan görüşü başa çatdı

Sarkozi-Sərkisyan görüşü başa çatdı

10 Mart 2010, 19:32

Parisdə Fransa prezidenti Nikola Sarkozi və Ermənistan lideri Serj Sərkisyan arasında görüş başa çatıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, görüş bir saat davam edib. Danışıqlar gedişində Fransa-Ermənistan ikitərəfli əməkdaşlığına dair məsələlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, Türkiyə - Ermənistan münasibətlərinin normallaşması, eləcə də digər regional mövzular müzakirə olunub.

 

Xəbər verilir ki, prezidentlər əvvəlcədən razılaşdırıldığı kimi mətbuat üçün hər  hansı bəyanat verməyiblər.   Sərkisyan Sarkozidən ayrıldıqdan sonra Senata  yollanıb. Onun Senat sədri Jerar Larşe ilə görüşü keçirilir. Erməni liderinin Parisdə Fransa Milli Assambleyasının sədri Bernar Akoye, erməni lobi nümayəndələri ilə görüşləri də  nəzərdə tutulub. Qeyd edək ki, Sərkisyanın səfər gedişini Türkiyə KİV-də izləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi