Modern.az

Dünayada görünməmiş hadisə baş verib

Dünayada görünməmiş hadisə baş verib

İqtisadiyyat

22 Mart 2013, 12:35


Almaniyada ölkə gündəmini heyrətləndirən tragikomik hadisə baş verib. Belə ki, 40 tonluq yük maşını sürücü olmadan 10 kilometr yol qət edib.

Modern.az-ın məlumatına görə, insident sürücünün ürək tutmasından huşunu itirdikdən sonra baş verib. Yük maşının idarəetməni itirdiyini görən polis dərhal üç zolaqlı maqistralın iki hisəsini bağlayaraq hərəkətdə olan maşınları təhlükə barədə məlumatlandırıb. Nəticədə beş kilometrlik tıxac yaranıb. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş vermədən 10 kilometrdən sonra maşının kompyuter sistemi özü-özünü blok edərək əyləc mexanizmini işə salıb.

Məlumatda bildirilir ki, bu sürətlə maşını hər hansı maneə ilə saxlamaq qeyri mümkün olub. Yük maşınının çexiyalı sürücüsü isə hadisə barədə xəstəxanada həkimlərin müdaxiləsindən onra özünə gələndə bilib.

Elçin AĞAYEV  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü