Modern.az

Donbassda Rusiyanın kəşfiyyat qrupları məhv edildi

Donbassda Rusiyanın kəşfiyyat qrupları məhv edildi

Dünya

8 Avqust 2022, 09:42

"Düşmən heç bir canlı qüvvəsini əsirgəmədən kəşfiyyatı davam etdirir. Artıq Baxmutskoye, Baxmut və Yakovlevka yaşayış məntəqələri ərazilərində düşmənin bir neçə kəşfiyyat qrupları aşkar edilərək zərərsizləşdirilib".

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, kəşfiyyat qruplarının aşkar edilməsi Rusiya ordusunun  Baxmuta girmək istədiyini göstərir. Ancaq Ukrayna Silahlı Qüvvələri tərəfindən düşmənə intensiv zərbələr endirilir. Hazırda bölgədə vəziyyət nəzarət altındadır.

 

Məlumatda, həmçinin qeyd olunub ki, cavab zərbələrinə baxmayaraq, Rusiyanın davamlı hücumları Donbassda, xüsusilə Baxmut şəhərində vəziyyəti pisləşdirir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat