Modern.az

Sarkozi Qarabağ sülh prosesinin uzanmasından narahatmış

Sarkozi Qarabağ sülh prosesinin uzanmasından narahatmış

11 Mart 2010, 10:00

Dünən Parisdə Fransa prezidenti Nikola Sarkozi və Ermənistan lideri Serj Sərkisyan arasında görüş olub və prezidentlər digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, prezidentlər mətbuata açıqlama verməsələr də Fransa KİV-i danışıqların Qarabağa dair bəzi təfərrüatlarını əldə edə bilib. Prezident Sarkozi ermənistanlı həmkarına Qarabağ sülh prosesi ilə bağlı narahatlığını bildirib. “Frans Press” agentliyi adının açıqlanmasını istməyən bir fransalı rəsmiyə istinadən bildirir ki, Sarkozi Sərkisyana DQ nizamlanması üzrə danışıqlar prosesinin tempinin aşağı düşməsindən narahatlığını çatdırıb. Fransa prezidenti Azərbaycan və Ermənistanı nizamlama prosesində lazımı səyləri göstərməyə və güzəşətlərə getməyə çağırıb. Məlumata görə, Sarkozi  Fransa və Almaniyanın tarixini nümunə gətirərək, Qarabağ münaqişəsinin həddindən uzun müddət davam etdiyindən şikayətlənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı