Modern.az

2010-cu ilin milyarderlər siyahısı açıqlandı

2010-cu ilin milyarderlər siyahısı açıqlandı

Təhsil

11 Mart 2010, 10:14

Amerika maliyyə dərgisi “Forbes” 2010 –cu ilin milyarderlər siyahısını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, meksikalı tele-kommunikasiya maqnatı Karlos Slim dünyanın ən varlı milyarderlərinin siyahısına rəhbərlik edir. Onun 53,5 milyard dollar sərvəti var. Slim uzun illər “Forbes”in milyarderlər siyahısına başçılıq etmiş  “Microsoft”un qurucusu Bil Geytsi geridə qoyub. Geyts 53 milyard dollarla siyahıda ikinci, amerikalı sərmayəçi və iş adamı Uorren Bafft isə 47 milyard dollarla üçüncüdür.

 

Beləliklə də Karlos Slim milyarderlər reytinqində son 16 ildə davam edən ABŞ monopoliyasına son qoyub. Ötən il dünyada milyarder sayı 793 nəfər olubsa, bu il  onların sayı 1010 nəfərə çatıb. Milyarderlərin ümumi sərvəti 50 faiz artaraq 3,6 trilyona çatıb. Türkiyənin ötən il 13 milyarderi olubsa,  bu il onların sayı 28-ə qədər artıb. Rusiyanın milyarderlərinin sayı ötənilki 32-dən 62-yə qalxıb. Rus milyarderlərinin sərvəti cəmi bir ildə 102 milyard dollardan 265 milyard dollara qalxıb. ”Forbes” qeyd edir ki, Rusiya  2008-ci ildə yaşanmış maliyyə krizisi dövründə  55 milyarderini itirib.

  

“Forbes” qeyd edir ki, dünya iqtisadiyyatında sağlamlaşma meylləri milyarderlərin siyahısının böyüməsinə yol açıb.  Siyahıda 55 ölkənin təmsilçisi yer alıb. Ən çox milyarder ABŞ-dadır. 403 amerikalı milyarderin ümumi sərvəti  1,3 trilyon dollardır. Avropada milyarderlərin sayı azdır.  

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi