Modern.az

Hazırda sülh danışıqları aparılmır - Podolyak

Hazırda sülh danışıqları aparılmır - Podolyak

Dünya

10 Avqust 2022, 17:42

Kreml ultimatum verməkdən əl çəkdikdən sonra Ukrayna Rusiya ilə danışıqlara qayıdacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, hazırda Kiyev və Moskva arasında faktiki olaraq sülh danışıqları aparılmır.

 

"Danışıqlarda yalnız cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsi müzakirə olunur. Rusiya dövləti Ukraynanın işğal olunmuş ərazilərində mülki əhaliyə qarşı müharibə və humanist rəftar qaydalarına əməl etmir. Müharibənin altı ayından sonra biz Rusiya Federasiyasının hər hansı razılaşmanı yerinə yetirəcəyinə inanmağa davam edə bilmərik", - Mixail Podolyak deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat