Modern.az

Berezovskinin evində zəhərləyici maddə aşkar olunmayıb

Berezovskinin evində zəhərləyici maddə aşkar olunmayıb

25 Mart 2013, 12:17

Rusiyalı milyarder Boris Berezovskinin ölümünün səbəblərini araşdıran Britaniya polisi bildirib ki, ekspertlər onun evində kimyəvi, bioloji və nüvə mənşəli zəhərləyici maddələrin izini axtarıblar, lakin həmin zəhərləyici maddələrin izi aşkar olunmayıb. “BBC”nin məlumatına görə, polis nümayəndəsi hazırda axtarışın normal rejimdə getdiyini bildirib.

67-yaşlı oliqarxın cəsədi şənbə günü Londonun kənarında yerləşən Askot rayonunda yaşadığı evin vanna otağında aşkar olunub.

Britaniya polisi Berezovskinin ölümünə nəyin səbəb olması sualına cavabın hələ tapılmadığını bildirib.

Bəzi mənbələrə görə, Boris Berezovski son dövrlərdə maliyyə çətinliklərilə üzləşdikdən depresiya vəziyyətində olub.

Berezovski 2000-ci ildən Britaniyada yaşayıb, 2003 ildə ona siyasi sığınacaq verilib.

Rusiyada Berezovski cinayət yolu ilə iri məbləğdə maliyyə vəsaitinin əldə edilməsində və fırıldaqçılıqda ittiham edilərək 13 illik həbs cəzasına məhkum olunmuşdu.

Rusiya dəfələrlə Britaniyadan onun ekstradisiya olunmasını tələb edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirirb ki, ölümüdən qabaq Boris Berezovski prezident Putinə məktub yazaraq bağışlanmasını və Rusiyaya dönmək üçün icazə istəmişdi.

Ölümündən bir neçə gün əvvəl isə “Forbes” nəşrinə son müsahibəsində Boris Besrezovski həyatın onun üçün mənasını itirdiyini etiraf etmişdi.

O, eləcə də bəzi məsələlərə görə peşimançılıq hissi yaşadığına da bildirirb.

Beləki, Berezovski müxbirə deyib ki, “Avropada demokratiyanın nə olduğu barədə idealist baxışlarına görə” hazırda peşimançılıq hissi keçirir.O deyib ki, “Avropanın mərkəzində demokratiyanın nədən ibarət olduğunu ideallaşdırıb”.

Ötən il Boris Berezovski Londonda yaşayan digər bir rusiyalı oliqarx Roman Abramoviçə məhkəmə çəkişməsini uduzmuşdu.

Berezovski Abramoviçi 2000-ci ildə “Sibneft” şirkətindəki payını gerçək dəyərindən xeyli ucuz satmağa məcbur etməsində ittiham etmişdi və iddiası təmin edilməmişdi.

Berezovskinin Abramoviçə iddiasının ümumi dəyəri 6 mlrd dollardan artıq idi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir