Modern.az

Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək

Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək

Dünya

11 Avqust 2022, 22:28

Almaniya Rusiyanın işğalından sonra Ukraynanın yenidən qurulması prosesini müzakirə etmək üçün beynəlxalq konfrans keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Rəsmi Berlin oktyabrda beynəlxalq konfransa ev sahibliyi etmək istəyir. Mənbə planların yekunlaşmadığını, iclasın oktyabrın 25-də keçiriləcəyini bildirib.

 

Almaniya G7 qrupunun sədridir və kansler Olaf Şolts daha əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Ukraynada tələb olunan yenidənqurma səyləri İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın yenidən qurulmasına kömək edən Marşal Planından da böyük olacaq.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat