Modern.az

Ukrayna ABŞ-dan daha çox silah istəyir

Ukrayna ABŞ-dan daha çox silah istəyir

Dünya

12 Avqust 2022, 20:34

Ukrayna ABŞ Müdafiə Nazirliyindən HIMARS reaktiv yaylım atəş sistemləri, M777 artilleriya qurğuları üçün sursatlar, eləcə də pilotsuz uçuş aparatları istəyib.

 

Modern.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə açıqlamasında Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

 

"Raket sistemlər Rusiya ərazisini bombalamaq üçün yox, sadəcə olaraq ərazimizin istənilən nöqtəsini vurmaq üçün lazımdır", - deyə səfir qeyd edib.

 

Onun sözlərinə görə, Ukrayna artıq bir çox belə sistemlər alsa da, daha çox uzaqmənzilli silahlara ehtiyac var. Səfir onu da bildirib ki, Pentaqon rəsmiləri Ukraynaya nə lazım olduğunu yaxşı bilirlər.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat