Modern.az

Ərdoğanla Baydenin görüşü gözlənilir

Ərdoğanla Baydenin görüşü gözlənilir

Dünya

13 Avqust 2022, 12:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.

 

Modern.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, prezidentlərin görüşü sentyabrda baş tuta bilər.

 

“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, - deyə xəbərdə qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat